“Siyasət həddindən artıq incəliklərlə zəngin olduğuna görə, onu idarə edənlər də yüksək intellektə sahib olmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Sabir Qurbanov deyib
“Bu mənada, Heydər Əliyev siyasəti xalqımızın xəzinəsi hesab edilmişdir. Cənab İlham Əliyev ümumilli liderimiz kimi siyasətə kompleks yanaşmanın canlı nümunəsidir. İlham Əliyev öz fəaliyyəti, davranışı ilə milli siyasi etika nümunəsi gətirdi. O, intellektual əsaslarla yeni cəmiyyət qurmağa nail oldu. Onun vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmlıdır. O, zədələnmiş milli qürurumuzu, gənclərin özünə inamını bərpa etdi, müstəqil siyasəti olan güclü Azərbaycanı qurdu. İlham Əliyev Türkün kimliyini, gücünü sübut etdi. İnanıram ki, İlham Əliyev sayəsində soydaşlarımız öz torpaqlarına qayıda biləcək, qələbədən qələbəyə addım atacaq”.
Aytac Aslan


jpg-1697099361.jpg)











jpg-1699643843.webp)

