• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlk türk astronavtın kosmosa uçuş tarixi bilindi

DÜNYA

07 Yanvar 2024 | 13:20

İlk türk astronavtın kosmosa uçuş tarixi bilindi

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Alper Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Dragon” kosmik gəmisi ilə “SpaceX Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.

Azərbaycan vaxtı ilə uçuş 18 yanvar saat 02:11-ə təsadüf edəcək.

Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026