• Bakı 16° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

İmamoğluna 2 352 il həbs cəzası tələb olunur

DÜNYA

25 Noyabr 2025 | 13:26

İmamoğluna 2 352 il həbs cəzası tələb olunur

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılan istintaqda yeni hadisə baş verib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı iddianamə İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

3900 səhifəlik ittihamnamədə şübhəli şəxs qismində 407 nəfərin adı qeyd olunub. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu iddianamədə “təşkilat lideri” kimi qeyd edilib. İttihamnamədə təşkilatın liderləri kimi 6 nəfər də göstərilir.

 İmamoğlunu 828 il 2 aydan 2 352 ilə qədər həbs cəzası gözləyir.


SON XƏBƏRLƏR

01 Aprel 2026