İmperator Dom Pedronun mumiyalanmış ürəyi şəxsi təyyarə ilə Braziliyaya aparılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, təyyarəni Braziliya Hərbi Hava Qüvvələrinə məxsus iki döyüş təyyarəsi müşayiət edib.
Məlumata görə, 9 yaşında Portuqaliyanı tərk edən I Dom Pedro 1822-ci ildə ölkənin Portuqaliyadan müstəqilliyini elan edib və Braziliya müstəqil ölkə olub. Ölkənin müstəqilliyinin 200-cü ildönümünün qeyd edildiyi ərəfədə Dom Pedronun mumiyalanmış ürəyi Braziliyaya aparılıb.
Bildirilib ki, imperatorun ürəyi avqustun 23-dən sentyabrın 8-dək İtamaratı sarayında nümayiş etdiriləcək.
Braziliya və Portuqaliya tarixinin sevimli imperatoru I Dom Pedronun mumiyalanmış ürəyi Portuqaliyadakı kilsədə, cəsədi isə Braziliyanın San-Paulu şəhərindəki müstəqillik abidəsində qorunur.
Aytac Aslan



















