• Bakı 14° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

İmtahan ödənişlərində GÜZƏŞT

CƏMİYYƏT

23 Aprel 2024 | 13:56

İmtahan ödənişlərində GÜZƏŞT

Dövlət İmtahan Mərkəzinin (DİM) qərarına əsasən, 2023-cü ildən I ixtisas qrupu üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən də imtahan verirlər.

Eyni zamanda III qrupda buna uyğun olaraq DT (dil-tarix) və TC (tarix-coğrafiya) altqrupu yaradılıb. TC altqrupunu seçən abituriyentlər "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarına imtahan verirlər. İkinci mərhələdə DT altqrupunu seçən abituriyentlər Azərbaycan dili (rus bölməsi rus dili), tarix və ədəbiyyatdan, "Regionşünaslıq" və "Beynəlxalq Münasibətlər" ixtisasının olduğu TC altqrupunu seçənlər isə ədəbiyyat fənninin yerinə coğrafiyadan imtahan verirlər.

Bakıvaxtı.az xəbər verir ki, əlavə imtahanda iştirak edən abituriyentlərin ödədiyi ödəniş azaldılıb.

Bununla bağlı DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bakıvaxtı.az-a bildirib ki, bu azalma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları üçün edilən güzəştlər nəzərə alınmaqla müəyyənləşmiş güzəştli tariflə əlaqəlidir. Bu qiymətlərdən ƏDV tutulmur.

Xanlar Xanlarzadə: Bu qiymətlərdən ƏDV tutulmur

“İmtahanda ödəniş xidmətləri ilə bağlı güzəştlər var. Əslində həmin imtahanın qiyməti 30 manatdır, amma iştirakçılara 20 manat güzəşt olunur və onlar 10 manat ödəyirlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR