Londonun ən məşhur xəstəxanalarından birində səhvən cərrahi yapışqanla müalicə olunan beş uşaqdan ikisi dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 2010-cu ildə sözügedən xəstəxana 10 yaşlı qızın beyninə təsadüfən yapışqan yeridib və təzminat ödəməli olub.
Bakıvaxtı.az xəbər verir ki, İddiaya görə, 5 uşaq Londonun məşhur xəstəxanasında 'histoakril yapışqan' qrupları ilə müalicə olunub. Müalicə olunan uşaqlardan ikisi dünyasını dəyişib.
Xəstəxana, xəstələrə zərər verə biləcək tək faktorun yapışqanın olmayacağını ifadə edərək bu açıqlamanı verib:
"İlk növbədə, fikrimiz zərər çəkmiş uşaqların ailələri ilədir. Biz nasaz yapışqan və onunla müalicə olunan bütün xəstələr üçün hərtərəfli nümunə araşdırmasına başladıq. Araşdırmalar göstərdi ki, yapışqan bəzi hallarda zərər verə bilsə də, ölümlərdə yeganə və ya əsas faktor olması ehtimalı azdır.Hər ikisinin ciddi və mürəkkəb tibbi şərtləri olub və onların düzəldilməsi proseduru həmişə yüksək dərəcədə risk daşıyır”.
Aytac Aslan
















