"Quduzluq xəstəliyinin insanlarda inkişafının 3 mərhələsi var".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, xəstəlik zədə və ya yara yerinin birbaşa narahat etməsi ilə başlayır.
A.Qurbanova qeyd edib ki, xəstədə depressiv hal və yuxunun pozulması əlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur.
"İkinci mərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma kimi əlamətləri müşahidə edilir. Üçüncü mərhələdə xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədər qalxır. Bu zaman xəstə komatoz və paraliç vəziyyətinə düşür, ürək-tənəffüs çatışmamazlığından vəfat edə bilər”.
Mina Mikayılova