• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“İnsanlarımızı öldürürlər, bizə təcili silah verin” - Ukrayna

DÜNYA

08 Mart 2022 | 19:26 | Müəllif: Subhan Mahmudov

“İnsanlarımızı öldürürlər, bizə təcili silah verin” - Ukrayna

Ukraynaya Qərb müttəfiqlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə vasitələri şəklində ən təcili yardım lazımdır.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov açıqlama verib.

Onun sözlərinə görə, Kreml Ukraynaya qarşı müharibəyə hazırlaşanda nəzərə aldığı əsas amillərdən biri də Qərbin ənənəvi süstlüyü və çaşqınlığı idi.

"Qərb onun mahiyyətini təşkil edən hər şeyi: dəyərləri, əxlaqı və prinsipləri itirmək ərəfəsində olanda oyandı. Mələklər kimi öldürülən günahsız insanlar səmamızı qanadları ilə bağlayacaqlarmı? Bəs dünyanın qalan hissəsi necə hiss edəcək?! NATO Ukraynanın səmasını bağlamaq istəmirsə və ya bacarmırsa, bizə silah verin onu özümüz bağlayaq", - Danilov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026