• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İran hüquq-mühafizə qüvvələrinin baş komandanı Moskvadadır

DÜNYA

27 Iyun 2023 | 14:29

İran hüquq-mühafizə qüvvələrinin baş komandanı Moskvadadır

İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı Sərdar Əhmədrza Radan Moskvaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Sərdar Əhmədrza Radanın Moskvaya iki günlük səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru Viktor Zolotovla və Rusiya güc strukturlarının digər nümayəndələri ilə görüşəcək.

Görüşlər zamanı hər iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026