• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İran prezidenti İsrailin hücumlarına cavab verəcəyini AÇIQLADI

DÜNYA

29 Sentyabr 2024 | 23:12 | Müəllif: Subhan Mahmudov

İran prezidenti İsrailin hücumlarına cavab verəcəyini AÇIQLADI

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq.

Bu barədə Bakıvaxtı.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir.

“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələrinin Tehranda HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin qətlinə İranın cavab vermədiyi təqdirdə atəşkəs razılaşmasının əldə olunacağına dair vədlərinin yalan olduğu üzə çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026