• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İran təyyarəsi Rusiya təyyarəsini zədələdi

DÜNYA

26 Iyul 2024 | 15:55

İran təyyarəsi Rusiya təyyarəsini zədələdi

İranın Mahan Air aviaşirkətinə məxsus "Airbus A340" təyyarəsi Şeremetyevo hava limanında yüksək sürətlə Rusiyanın "Boeing 777" təyyarəsinə ziyan vurub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Rusiya sərnişin təyyarəsinin mühərriklərində qoruyucu örtüklərin quraşdırılması işləri aparılarkən Tehrana uçan təyyarə əsas yol boyu onun yanından keçib.

"Dörd mühərrikdən çıxan işlənmiş qaz axını ilə o, "Boeing 777"nin sağ enerji blokunda dayanan doqquz pilləli pilləkəni uçuraraq aşırıb", - hesabatda deyilir.

Bildirilib ki, o, müvəqqəti olaraq uçuşdan uzaqlaşdırılmalı olub və hazırda onun üzərində texniki vəziyyətinin qiymətləndirilməsi istiqamətində iş aparılır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024