Xəbər verdiyimiz kimi, ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına qarşı ABŞ-nin blokadasını pozmağa çalışan yük gəmilərindən birini ələ keçirib.
Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən verdiyi xəbərə görə, ABŞ-yə cavab olaraq, İran tərəfi bəyan edib ki, bu məsələyə görə, tezliklə qisas alacaq.
İran Baş Qərargahının sözçüsü İbrahim Zülfüqari b\yan edib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri tezliklə bu silahlı piratçılıq aktına cavab verəcək:
“Qisasımızı alacağıq”.
O, ABŞ-ni aprelin 8-dən bəri qüvvədə olan iki həftəlik atəşkəsi pozmaqda günahlandırıb.
Aydın Baxış
Bakı 




