• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan Avropaya: "İkitərəfli əlaqələrin yaxşılaşdırılması..."

DÜNYA

23 Iyul 2024 | 14:01 | Müəllif: Gülşən Şərif

İrandan Avropaya: "İkitərəfli əlaqələrin yaxşılaşdırılması..."

"Avropa müstəqil xarici siyasət yürüdərsə, İranla münasibətləri yaxşılaşacaq".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu həftəlik mətbuat konfransında çıxış edən İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanaani deyib.

O, Avropa və ABŞ-nin Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsinə soyuq reaksiyasını şərh edib.

"İran Avropanı xarici siyasətinin mühüm regionu hesab edir. İkitərəfli münasibətlərdəki soyuq atmosfer Avropanın İranla bağlı yanlış hesablamalarının və ABŞ-nin təzyiqinə boyun əyməsinin nəticələrindən biridir", - deyə Kanaani qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026