• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İranın baş komandiri Suriyada ÖLDÜ

DÜNYA

23 Avqust 2022 | 12:02 | Müəllif: Subhan Mahmudov

İranın baş komandiri Suriyada ÖLDÜ

İran İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxslərindən biri Suriyada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, İranın ingilisdilli xəbər kanalı "Press TV"  İnqilab Keşikçiləri Quru Qoşunlarının komandirlərindən olan general Əbülfəzil Əlicaninin “Suriyada şəhid olduğunu” bildirib.

İsfahan Hərbi Elmlər Universitetində də xidmət edən komandirin cənazəsinin İrana aparılacağı qeyd edilsə də, ölüm səbəbi ilə bağlı təfərrüat verilməyib.

Digər tərəfdən xəbərlərdə İsrailin son illərdə Suriyadakı İranla əlaqəli hədəflərə qarşı çoxsaylı hücumlar təşkil etdiyinə də diqqət çəkilib. İnqilab Mühafizəçiləri mart ayında Suriyanın paytaxtı Dəməşq yaxınlığında İsrailin hücumu nəticəsində iki yüksək rütbəli komandirin öldürüldüyünü açıqlayıb və qisas alacağına söz veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026