• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Rusiyada vətəndaş etiraz etmək üçün ayaqlarını "işə salıb""

DÜNYA

22 Sentyabr 2022 | 11:30 | Müəllif: Qalib İbrahimoğlu

"Rusiyada vətəndaş etiraz etmək üçün ayaqlarını "işə salıb""

“Avtoritar ölkələrdə vətəndaşlar çox zaman proseslərə münasibətini “ayaqları” ilə bildirirlər. Bu gün Rusiyada da vətəndaş etiraz etmək üçün başı deyil də, “ayaqlarını” işə salıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunları iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, əslində, bu, bir növ “səsvermədir”, müharibəyə münasibəti göstərən “səsvermə” - orta statistik Rusiya vətəndaşı, demək ki, təbliğata inanmır: “Ukraynada, məsələn, Xersonda niyə, nə uğrunda vuruşmalı olduğunu anlamır, ona görə də, bu gün Ukraynada ən böyük və həlledici “silah” motivasiyadır, ukraynalılar öz vətənləri, torpaqları, ərazi bütovlüyü uğrunda vuruşurlar, bəs, məsələn, Çuvaşiyadan, Dağıstandan, Kolmıkiyadan, Tatarstandan, Başqırtstandan, hətta lap Vladivastokdan Xersona gətirilən əsgər nə uğrunda vuruşur?!”.

Onun sözlərinə görə, rəsmi “solovyovşüvən” təbliğat deyir ki, siz NATO-nu Rusiya sərhədlərindən uzaqlaşdırmaq uğrunda vuruşursuz - amma bu müharibə və Ukraynaya təcavüz nəticəsində Finlandiya və İsveç NATO-ya daxil olur, deməli Rusiyaya lap yaxınlaşır, və ya, Rusiya elə həmin Xersonu işğal etsə NATO sərhədinə daha da yaxınlaşır axı, Xerson NATO ölkələri olan Svolakiya və Rumıniyadan bir “HIMARS” atışı qədər yaxındır – bunu necə izah edəcəklər vətəndaşlara?!

"Məhz buna görə də rusiyalılar bu müharibəyə, baş verənlərə “ayaqları” ilə yox deyir, amma nə vaxt başları, dilləri ilə, seçkilərdə səsləri ilə etiraz edəcəklərsə, o zaman da Rusiya pozitivə doğru dəyişəcək”, - deyə Natiq Cəfərli əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026