• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"İranla əməkdaşlığa hazırıq" - Ərdoğan

DÜNYA

12 Noyabr 2023 | 16:34 | Müəllif: Subhan Mahmudov

"İranla əməkdaşlığa hazırıq" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsinin həlli üçün ölkəsinin İranla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri iranlı həmkarı İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini deyib. 

“Qəzza məsələsində İranla əməkdaşlıq etməmək üçün heç bir səbəb yoxdur. Xarici işlər nazirimiz ABŞ-yə gedəcək. Əlbəttə, İranın ABŞ prezidenti Co Baydenlə görüşlərdə iştirakından söhbət gedə bilməz, lakin biz mesajlar ötürəcəyik”, - deyə Ərdoğan bildirib. 

Ərdoğan Rəisi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026