• Bakı C

    13.71 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

İşçi Qrup: Ötən ay tibbi müayinədə 225 nəfərin narkotik istifadəçisi olduğu məlum olub

CƏMİYYƏT

19 Fevral 2025 | 15:25

İşçi Qrup: Ötən ay tibbi müayinədə 225 nəfərin narkotik istifadəçisi olduğu məlum olub

Ötən ay tibbi müayinədə 225 nəfərin narkotik istifadəçisi olduğu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ötən ayın yekununa dair yaydığı məlumatında qeyd olunub.

Hesabata görə, Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7859 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.


SON XƏBƏRLƏR

20 Fevral 2025