• Bakı -0° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Bu parçalar dəri xəstəliklərinə yol açır

CƏMİYYƏT

21 Fevral 2025 | 10:40

Bu parçalar dəri xəstəliklərinə yol açır

Dərimiz bədənimizin ən böyük orqanıdır və onu xarici təsirlərdən qoruyan əsas sipərdir. Lakin geyindiyimiz paltarların materialı, tərkibində olan boyalar və kimyəvi maddələr dərimizə təsir edə, müxtəlif allergik reaksiyalara səbəb ola bilər.

Bəs geyim alarkən nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-dermatoloq Tünzalə Feyziyeva bildirib ki, parçalar müxtəlif cür olur. Həm parçaların növlərinə, həm də tərkibində olan müxtəlif kimyəvi maddələrə görə dəriyə təsirləri də müxtəlif olur:

“Xüsusilə sintetik matreallarda olan polyester, neylon tərkibli parçalar daha çox allergiyaya meyilli xəstəliklər törədir. Bədəndə qaşınmaya, qıcıqlanmaya səbəb olur. Lakin yun, ipək, pambıq tərkibli təbii parçalar isə bədənə heç bir allergik təsir göstərmir.

Parçaların tərkibində olan rəngləndirici maddələrin, kimyəvi boyaların təsiri dəriyə müxtəlif cür təsir edə bilir. Bu kimyəvi maddələr atopik dermatitlər, ekzema, kontakt allergik dermatit kimi xəstəliklərə yol aça bilir".

Dermatoloq seçməli olduğumuz parça növlərindən də bəhs edib:

"Geyim alarkən ən çox təbii parçalara üstünlük verməliyik. Pambıq və kətan hava keçirmə qabiliyyəti yüksək olan parçalar hesab edilir. Onlar dərini nəfəs almağa imkan verir və həssas dərilər üçün daha uyğundur. Yun və ipək kimi təbii liflər bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Yun, xüsusilə lanolin maddəsi tərkibinə görə qaşınma, qızartı və qıcıqlanma yarada bilər".

Tünzalə Feyziyeva, həkim-dermatoloq

Müsahibimiz bildirib ki, sintetik parçalara isə məcbur qalmasaq, üz tutmaq lazım deyil:

"Hava keçirmədiyi üçün tərləməyə və bakteriyaların çoxalmasına şərait yaradır, bu da dəridə səpgilər və qıcıqlanmaya səbəb ola bilər. Sintetik parçalar daha çox kimyəvi emaldan keçdiyi üçün allergiya riski yüksəkdir. Məsələn, formaldehid kimi maddələr bu parçaların qırışmasının qarşısını almaq üçün istifadə olunur və kontakt dermatit yarada bilər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

21 Fevral 2025