• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Avtobuslar xidmət etməkdən imtina etdi, yüzlərlə insan yollarda qaldı - VİDEO

CƏMİYYƏT

21 Fevral 2025 | 10:36

Avtobuslar xidmət etməkdən imtina etdi, yüzlərlə insan yollarda qaldı - VİDEO

Dünən axşam saatlarından etibarən Bakıda yağan qar və yolların buz bağlaması ictimai nəqliyyatın fəaliyyətində problemlər yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, axşam saat 21:00-dan sonra bir çox istiqamətlərə avtobusların intervalında böyük fasilələr yaranıb, bəzi yerlərdə isə ümumiyyətlə marşrut avtobusu tapılmayıb.

Sərnişinlər yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər paylaşıblar. Onlar yolların buz bağlamasından, avtobusların xətlərdən kənarlaşdırılmasından şikayətləniblər. Xüsusilə Bakının kənd və qəsəbələri istiqamətində ciddi problemlər yaranıb.

Həmin görüntülərdən bəzilərini təqdim edirik:


SON XƏBƏRLƏR

21 Fevral 2025