• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Nazirlik  buzlu yollarla əlaqədar piyadalara TÖVSİYYƏ VERİB 

CƏMİYYƏT

21 Fevral 2025 | 10:02

Nazirlik  buzlu yollarla əlaqədar piyadalara TÖVSİYYƏ VERİB 

Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, tövsiyyədə deyilir:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

- yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.


SON XƏBƏRLƏR

21 Fevral 2025