• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İŞİD Çempionlar Liqasını terrorla hədələyir

DÜNYA

09 Aprel 2024 | 11:11

İŞİD Çempionlar Liqasını terrorla hədələyir

İŞİD Çempionlar Liqasının 1/4 final matçlarında terror aktları törətməklə hədələyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İnternetdə silahlı bir adam bu həftə 1/4 finala ev sahibliyi edəcək stadionların adları - Emirates , Parc des Princes, Metropolitano və Santiago Bernabeu və “Hamısını öldürün” başlığı ilə şəkil paylaşıb.

Bildirilir ki, İspaniyada təhlükəsizlik xidmətlərinə təhlükə barədə məlumat verilib. Matçlarda xüsusi müşahidə tədbirləri həyata keçiriləcək və əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələ həll edilir.

Qeyd edək ki, Aprelin 9 və 10-da Çempionlar Liqası çərçivəsində dörd qarşılaşma keçiriləcək. Onları "Arsenal" və "Bavariya" ( Londonda ), "Real Madrid" və "Mançester Siti", "Atletiko" və "Borussiya" (hər ikisi Madriddə ) , PSJ və "Barselona" (Parisdə) oynayacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026