• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İşləyən pensiyaçıların sayı AÇIQLANDI

CƏMİYYƏT

02 Aprel 2024 | 15:29

İşləyən pensiyaçıların sayı AÇIQLANDI

"Hazırda 60 mindən artıq işləyən pensiyaçımız var".

Bakıvaxtı.az xəbər verir ki,  bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sosial şəbəkə hesabında canlı yayımda deyib.

O bildirib ki, əhalinin işləməyə daha çox meyilli olduğunu nəzərə alsaq, bu rəqəm getdikcə artacaq: "Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra hər il indeksasiya olunaraq artmış kapitalları pensiyalarının üzərinə gələcək. Bu gün bu müraciət əsasında həyata keçirilir. Hazırda elektron proqram da hazırlanır, düşünürəm ki, cari ildə biz onu istifadəyə verəcəyik. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Hər il bu hüquqdan istifadə edən 10-12 min vətəndaşımız var".


SON XƏBƏRLƏR

26 Iyul 2024