İsmayıllı rayon sakini intihar edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində rayonun Bizlan kəndində qeydə alınıb.
Kənd sakini, 1951-ci il təvəllüdlü Hümbətova Ərkinaz İsmayıl qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Unikal.az








jpg-1688561799.webp)


jpg-1688557994.webp)




