• Bakı 27° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İspaniyada Milad şam yeməyi koronavirusla nəticələndi

CƏMİYYƏT

06 Dekabr 2021 | 17:50 | Müəllif: Qalib İbrahimoğlu

İspaniyada Milad şam yeməyi koronavirusla nəticələndi

İspaniyada Milad şam yeməyindən sonra Malaga (İspaniyanın Əndəlus Muxtar İcması) xəstəxanasının həkimləri və tibb işçiləri kütləvi şəkildə koronavirus yoluxub.

Bakıvaxtı.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın “ABC” qəzeti yerli səhiyyə mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Milad şam yeməyinə ən azı 174 nəfər toplaşıb. Bəzi KİV-lər bildirirlər ki, ümumilikdə tədbirdə 300-ə qədər insan iştirak edə bilər. Təbdirdə iştirak edənlərdən 68-nin COVID-19 üçün verdiyi testin cavabı müsbət çıxıb.

Nəşrin məlumatına görə, xəstələrin hamısı Malaqa xəstəxanasının reanimasiya şöbəsinin əməkdaşlarıdır, onların hamısı peyvəndlərin tam kursundan keçib və hazırda simptomsuzdur.

“Əvvəllər yerli hakimiyyət orqanları cəmi 22 nəfərin virusa yoluxduğunu bildirsə də, sonradan onların sayı 68-ə yüksəlib”, - deyə qəzet yazır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026