İsrail tərəfi gün ərzində ölkə həbsxanalarında saxlanılan 110 nəfər fələstinli məhbusu azad edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera“ telekanalı yayıb.
Bildirilib ki, proses məhbusların mübadiləsi prosesi çərçivəsində, yerli vaxtla saat 12:00-da baş tutacaq.
Eyni zamanda HAMAS və Fələstindəki digər silahlı qruplaşmalar beşi Tailand vətəndaşı olmaqla, 8 nəfəri azad edəcək.
Azadlığa buraxılacaq şəxslər haqqında məlumatlar da ictimailəşdirilib. Onların arasında 30 uşaq da var.