• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İsrail bu ərazilərə zərbələr endirdi

DÜNYA

09 May 2023 | 10:42

İsrail bu ərazilərə zərbələr endirdi

İsrail ordusu çərşənbə axşamına keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrailin Müdafiə Qüvvələri radikallara məxsus 10 silah zavodu və hərbi obyektə zərbələr endirib.

Hərbçilərin məlumatına görə, zərbələr qırıcı təyyarələr və helikopterlərdən istifadə edilməklə endirilib, bombalanan hədəflər arasında Xan Yunis şəhərindəki silah zavodu və terror fəaliyyətlərində istifadə edilən yeraltı tunellərin tikintisi üçün sement istehsal edən obyekt də olub.

“Bundan əlavə, “İslam cihad”a məxsus 6 hərbi obyekt vurulub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib”, - ordudan bildirilib. Bundan başqa, israillilər radikalların Qəzza zolağının cənub hissəsindəki hərbi postuna hücum ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR