• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsrail KİV: “Vaqner” çəkildi, Rusiya 3 ölkədə uduzacaq

DÜNYA

05 Iyul 2023 | 18:28 | Müəllif: Subhan Mahmudov

İsrail KİV: “Vaqner” çəkildi, Rusiya 3 ölkədə uduzacaq

“Vaqner”in silahlı qiyamından və Belarusa köçürülməsindən sonra Suriya, Sudan, eləcə də Liviyada Rusiyanın maraqlarını müdafiə edən vaqnerçilərin taleyi sualı altındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Yaxın Şərqdə hərbi kəşfiyyat sahəsində ixtisaslaşmış “Debka” internet resursu məlumat yayıb.

“Suriyada onlar 4 böyük neft və qaz yatağı - Əl-Şar, Əl-Mahr, Cəzr və Caharın mühafizəsini həyata keçirirlər. Bunun üçün gəlirin dörddə birini alırlar. Sudanda qızıl və mis mədənlərini qoruyurlar. Liviyada general Xəlifə Haftarın qoşunlarına dəstək verirlər. Suriya və Liviya Moskva üçün həm də ona görə son dərəcə vacibdir ki, onlar İran, həmçinin İsrail arasında oynamağa imkan verir”, – məlumatda deyilir.

Qeyd olunur ki, “Vaqner”in iştirakı olmadan belə bir oyun çətin mümkün olsun.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR