• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Livan ikinci Qəzzaya çevrilir? - AÇIQLAMA

DÜNYA

27 Sentyabr 2024 | 16:33

Livan ikinci Qəzzaya çevrilir? - AÇIQLAMA

Son günlər İsrail-Livan münasibətləri bir qədər də gərginləşib. Belə ki, İsrailin Livanın cənub və şərqinə endirdiyi aviazərbələr nəticəsində 600-ə yaxın insan həlak olub, çox sayda insan isə yaralanıb.

Maraqlıdır İsrail-Livan qarşıdurması nə ilə nəticələcək?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün faktiki olaraq İsrail-Livan münasibətləri daha da dərinləşir. Onun sözlərinə görə, Livanın çox aktiv şəkildə İsrail əleyhinə HƏMAS-ı dəstəkləməsi, Livanda “Hizbullah”çıların idarəetmədə söz sahibi olmaları bu qarşıdurmanı daha da gərginləşdirir.

Tural ismayılov: Livanın ikinci Qəzzaya çevrilmə ehtimalları Livanın öz səhvindən başlayır

Politoloq qeyd edib ki, coğrafiyadan asılı olaraq orada mütləq şəkildə hansısa bir sabitliyin əldə edilməsi çox çətin bir məqam kimi görünün. T.İsmayılov nəzərə çatdırıb ki, müəyyən maraqlar var, coğrafiyada bir-birinə tərs idealogiyada olan ölkələr mövcuddur və bütün bu fərqli-fərqli ideyalogiyaların orada olmağı nəticədə dövlətlərarası münasibətlərin də düzəlməyinə əngəl törədir:

“Çünki İsrail dörd bir tərəfədən ideoloji olaraq ona zidd qüvvələr tərəfindən təhdid edilir. Bir tərəfində HƏMAS, bir tərəfində “Hizbullah”, digər tərəfdən Yəməndəki husilər də İsrail əleyhinə kampaniyalar aparır”.

T.İsmayılovun sözlərinə görə, Livanın ikinci Qəzzaya çevrilmə ehtimalları Livanın öz səhvindən başlayır. Müsahibimiz izah edib ki, Livandakı “Hizbullah” İsraili məhv etmək üçün əlindən gələn bütün təxribatları davam etdirir.

İsrailin də eyni anda bir neçə cəbhədə savaşdığını vurğulayan müsahibimiz həm HƏMAS-la, həm Livandakı Hizbullahçılarla, həm də Yəməndəki husilərlə mübaribənin İsrailin savaş meyarlarını da bir qədər təhdid etdiyini söyləyib:

“İsrail lazım olan sərtlikdə addımları atsa da, hesab edirəm ki, ölçülüb-biçilməyən bəzi addımlar kütləvi insan tələfatına səbəb olur. Bu da İsrailə qarşı bunu alət etməyə çalışan qüvvələrin əlinə bəhanə verir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR