• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai

DÜNYA

21 Iyun 2026 | 14:16

İsrail öhdəliklərini yerinə yetirmir - Bəqai

Anlaşma Memorandumunun 13-cü bəndi çox açıq şəkildə ifadə olunur: yekun razılaşma üçün danışıqların başlanması beş konkret müddəadan, o cümlədən Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandumun 1-ci bəndindən asılıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Bilirik ki, bu bənd yerinə yetirilməyib. ABŞ ya onun yerinə yetirilməsini təmin edə bilməyib, ya da istəmir.

İsrail rejimi öhdəliklərini pozmağa davam edir. Bu məsələ bugünkü danışıqların əsas mövzusudur”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-İran danışıqlarının 21 iyunda İsveçrədə keçiriləcəyi gözlənilir./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026