İsrail ordusunun beş nöqtə istisna olmaqla, Livanın cənubunda işğal etdiyi ərazilərdən geri çəkilməyə başladığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə İsrail mediasına istinadla xəbər verir.
Məlumata görə, İsrail ordusu “Hizbullahın yenidən fəallaşmasının qarşısını almaq əsası ilə” Livanın cənubunda qurduğu beş strateji postun işğalını davam etdirəcəyini bildirib.
Bildirilib ki, polis məntəqələrinə hücum ehtimalı nəzərə alınıb və müvafiq hazırlıq işləri görülüb.
Digər tərəfdən, İsrail ordusunun sərhədin İsrail tərəfindəki hər yaşayış məntəqəsinin qarşısında postlar qurmağa başladığı və əksəriyyətinin tamamlandığı bildirilib.
Nuriyyə Musayeva
















