• Bakı 20° C

    14.3 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

İsrail parlamentində Fələstinlə bağlı səsvermə baş tutub

DÜNYA

18 Iyul 2024 | 15:34

İsrail parlamentində Fələstinlə bağlı səsvermə baş tutub

İsrail parlamenti Fələstin dövlətinin yaradılmasına qarşı təklifi qəbul edib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, İsrailin keçmiş ədliyyə naziri Gideon Saarın Yeni Ümid Partiyası və Vahid Sağ Partiyasının təqdim etdiyi Fələstin dövlətinin qurulmasına qarşı çıxmaq təklifi parlamentdə 68 səslə qəbul edilib. 

Sözügedən təklifdə Fələstin dövlətinin yaradılmasının İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradacağı iddiası yer alıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

24 May 2025