Hindistanın paytaxtı Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində səfirlik əməkdaşlarından xəsarət alanın olmadığı bildirilib.
İsrail tərəfi insidentin araşdırılmasında hindistanlı həmkarları ilə əməkdaşlıq edir.
















