• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsraildən Suriya əməliyyatları ilə bağlı bəyanat

DÜNYA

24 May 2023 | 11:51

İsraildən Suriya əməliyyatları ilə bağlı bəyanat

İsrail Suriyada İrana qarşı əməliyyatlarını ikiqat artırıb. İddia edilir ki, Tehran administrasiyası mülki gəmiləri silahla təchiz etməklə onları üzən terrorçu bazalarına çevirib.

Bakıvaxtı.az xəbər verir ki, İsrail İranın nüvə bombası hazırladığını iddia etməklə yanaşı, həm də Suriya üzərindən Livandakı Hizbullaha silah daşıdığını bəyan edir.

Müdafiə naziri Yoav Gallant son vaxtlar Suriyada İrana qarşı əməliyyatlarını artırdıqlarını bildirib: “Mən vəzifəyə başlayandan bəri İsrailin Suriyada iranlılara hücumlarının sayı iki dəfə artıb. Bu kampaniya çərçivəsində biz Suriyada İran kəşfiyyat qüvvələrinə zərbələr endirmək üçün metodik şəkildə işləyirik. Bu hücumlar İnqilab Keşikçilərinin İsrail sərhədindən bir neçə kilometr aralıda mövqe tutmaq cəhdlərinə böyük ziyan vurur”.

Gallant, həmçinin İranı mülki gəmiləri pilotsuz təyyarələr, raketlər və kəşfiyyat məlumat toplama imkanları kimi silahlarla silahlanmış hərbi gəmilərə çevirməkdə ittiham edib: “Ekranda görünən gəmilər üzən terror bazalarıdır. Bu, İranın Fars körfəzi və Ərəb dənizində nəzarət etdiyi və Hind okeanı, Qırmızı dəniz, hətta Aralıq dənizinə yayılmağa çalışdığı dəniz terrorizminin birbaşa davamıdır”.

İsrailin müdafiə naziri İranı ticarət və uçuş yollarını təhdid etməkdə ittiham edərək bildirib ki, bu, həm hərbi, həm də mülki ticarət və uçuş yollarını təhdid etmək, dəniz sahəsinə qalıcı təhlükə yaratmaq üçün hazırlanmış bir plandır: "Bu, narahatedici pirat siyasətidir, İran özünü müasir dövlət kimi deyil, cinayətkar təşkilatlar toplusu kimi idarə edir”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026