“Qərb qorxuya düşüb ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə və Ermənistan dövlətini və Qarabağ ermənilərini məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq...”.
Bakıvaxtı.az xəbər verir ki, bunları siyasi şərhçi Şahin Cəfərli deyib.
Politoloq qeyd edib ki, ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır: “İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün çox asan işdir. Digər tərəfdən, etiraf etməliyik ki, Azərbaycanın lokal əks tədbirlər görməsi də Rusiyanın marağına uyğundur. Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə göz yumublar, əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına imkan vermək istəməyəcək”.
Ş.Cəfərlinin sözlərinə görə, ermənilərin provokativ davranışları və konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir: “Çünki belə bir vəziyyətdə:
1.Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və hər iki tərəfin belini bükmüş bu uzunmüddətli düşmənçiliyə son qoyulması mümkün olmur, yaralar qaysaq bağlamır və qanamağa davam edir, Avropa Birliyinin vasitəçiliyi də iflasa uğrayır;
2.Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır;
3.Bütün dünya görür ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər".
Aytac Aslan
















