• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İtaliyada gəmi-bərədə yanğın: 300 nəfər təxliyə edildi

DÜNYA

21 Avqust 2024 | 00:09 | Müəllif: Subhan Mahmudov

İtaliyada gəmi-bərədə yanğın: 300 nəfər təxliyə edildi

İtaliyanın Piombino limanından yola düşən gəmi-bərənin mühərrik bölməsində yanğın baş verib.

Bakıvxtı.az xəbər verir ki, Elba adası istiqamətində hərəkət edən “Korsika Sardinya Ferries” şirkətinə məxsus “Korsika Ekspress” gəmi-bərəsinin göyərtəsində təxminən 300 nəfər olub. Mühərrik bölməsində tüstü aşkarlandıqdan sonra gəmi-bərə limana geri qayıdıb. Yanğın dərhal söndürülüb.

Əraziyə Sahil Mühafizə Xidmətinin patrul gəmiləri və mülki müdafiə qüvvələri cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026