• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İzyumdakı kütləvi məzarlıqdakı meyitlər çıxarılır

DÜNYA

19 Sentyabr 2022 | 16:52 | Müəllif: Qalib İbrahimoğlu

İzyumdakı kütləvi məzarlıqdakı meyitlər çıxarılır

Ukraynada işğaldan azad edilən İzyum şəhərində kütləvi məzarlıq tapılması barədə məlumat vermişdik.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin göstərişindən sonra araşdırmalara başlanılıb. Belə ki, 445 cəzəd məzarlıqdan çıxarılır.

İndiyədək 100-dən çox meyitin yarılması və tanınması üçün məhkəmə-tibb ekspertləri tərəfindən dəfn olunduğu yerlərdən çıxarılaraq məhkəmə tibb müəssisəsinə göndərilib. İlk qiymətləndirmələrdə cəsədlərin əllərinin arxadan bağlı olduğu müəyyən edilib. Meyitlərin başlarının arxa hissəsində güllə və bıçaq xəsarətləri olduğu, faktiki ölüm səbəblərinin ətraflı araşdırma nəticəsində müəyyən ediləcəyi bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026