• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kamran Əliyev Zaqatalada qəbul keçirdi

CƏMİYYƏT

28 Iyun 2022 | 17:39

Kamran Əliyev Zaqatalada qəbul keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, iyunun 28-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 37 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Bundan əlavə, Kamran Əliyev Şəki, Qəbələ və Gədəbəy rayonlarının hər birindən bir nəfər olmaqla vətəndaşları qəbul edərək müraciətləri üzrə konkret tapşırıqlar verib.
Qəbuldan sonra Baş prokuror Qax və Balakən rayon, eləcə də Zaqatala hərbi prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.


Kamran Əliyev Zaqatalada qəbul keçirdiKamran Əliyev Zaqatalada qəbul keçirdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026