• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Karantin rejimi tamamilə ləğv olunur? - Nazirdən AÇIQLAMA

CƏMİYYƏT

10 May 2022 | 11:34

Karantin rejimi tamamilə ləğv olunur? - Nazirdən AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR