• Bakı 23° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Karapetyanı həbsdən buraxmadılar

DÜNYA

08 Sentyabr 2025 | 18:48

Karapetyanı həbsdən buraxmadılar

İrəvan məhkəməsi iş adamı və "Tashir Group"un sahibi Samvel Karapetyanı həbsdə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan məlumat verib.

Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi müdafiə tərəfinin həbsin ləğvi ilə bağlı vəsatətini təmin etməyib. Müdafiə tərəfi hesab edib ki, iş adamının hakimiyyətin hücumları fonunda kilsəni müdafiə etmək üçün dediyi “Öz yolumla” ifadəsi həbs üçün əsas ola bilməz. Buna baxmayaraq, vəkillərin vəsatəti təmin edilməyib. Vardevanyan əlavə edib ki, bu məhkəmə qərarından da apellyasiya şikayəti verəcəklər.

Eyni zamanda, məhkəmə Baş Prokurorluğun vəsatətini də rədd edib - sonuncu məhkəmədən iş adamına aid edilən çirkli pulların yuyulması ilə bağlı əsaslı şübhələri təsdiq etməyi xahiş edib.


SON XƏBƏRLƏR