• Bakı C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8382

    RUB - 0.0186

Keçən ay özünü öldürmə halı qeydə alınmayıb - Hərbi Prokurorluq

 

CƏMİYYƏT

12 Fevral 2024 | 10:51

Keçən ay özünü öldürmə halı qeydə alınmayıb - Hərbi Prokurorluq 

Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

    Məlumata görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb.

    O bildirib ki, qeyd olunan dövrdə hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb: "Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə, qeydə alınmayıb".


    SON XƏBƏRLƏR

    01 Mart 2024