• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Keçmiş məhkum narkotikə görə saxlanıldı

CƏMİYYƏT

08 Iyul 2024 | 19:21

Keçmiş məhkum narkotikə görə saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024