• Bakı 25° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Keçmiş nazir kuryer işləyir - Video

DÜNYA

10 Iyun 2026 | 08:49

Keçmiş nazir kuryer işləyir - Video

Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun ABŞ-də kuryer işlədiyi barədə məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda keçmiş məmurun avtomobilə bağlamalar yüklədiyi görüntülər əks olunub.

Paylaşımlarda bildirilir ki, o, hazırda ABŞ-də “Amazon” şirkətində kuryer fəaliyyəti ilə məşğuldur.

Sosial mediada yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi istənilən işin hörmətə layiq olduğunu vurğulayarkən, digərləri onun keçmiş siyasi fəaliyyətini xatırladıb.

Qeyd edək ki, Uluqbek Koçkorov 2018-ci ildə Qırğızıstanın əmək və sosial inkişaf naziri təyin olunub, daha əvvəl isə parlamentdə deputat kimi fəaliyyət göstərib. O, 2020-ci ildə vəzifəsindən azad edilib.

Məlumata görə, keçmiş nazir son illərdə ailəsi ilə birlikdə ABŞ-nin Çikaqo şəhərində yaşayır. Lakin onun hazırkı işi ilə bağlı rəsmi açıqlama verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyun 2026