• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kəlbəcərlə Laçını birləşdirən yeni yol çəkilir

SİYASƏT

17 Avqust 2021 | 12:58

Kəlbəcərlə Laçını birləşdirən yeni yol çəkilir

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər çərçivəsində “İstisu” sanatoriyasında olublar.

Bakıvaxtı.az-ın xəbərinə görə, Prezident İlham Əliyev burada uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə də baxıb.

Prezident İlham Əliyev deyib: "Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026