• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kimlər qan verə bilməz?

CƏMİYYƏT

08 Avqust 2022 | 10:22 | Müəllif: Qalib İbrahimoğlu

Kimlər qan verə bilməz?

 “Qan vermək, yəni donor olmaq insana həm mənəvi, həm də fiziki rahatlıq verən prosesdir. Qan başqasına verilməsi mümkün olan ən qiymətli hədiyyə, həyat bəxşişidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, donor olmaq insanı bəzi xəstəliklərə yoluxma tezliyinin qarşısını ala bilər. Aparılan araşdırmalara görə, mütəmadi donor olan şəxslərdə arterial təzyiq, yüksək xolesterin, ürək-damar xəstəliyi, şəkərli diabet, xərçəng xəstəliyi riski az olur. Donorluq qan hüceyrəsi səviyyəsində yenilənmə səbəb olur və qan yaranmanı stimullaşdırır.

Ş.Şabanova deyib ki, yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər: “Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur. Donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR