• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kiyev yaxınlığında 900 meyit TAPILDI

DÜNYA

30 Aprel 2022 | 08:56 | Müəllif: Subhan Mahmudov

Kiyev yaxınlığında 900 meyit TAPILDI

Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyev vilayəti yaxınlığında kütləvi məzarlıqların olması barədə açıqlamasındakı bəzi məqamlara aydınlıq gətirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bununla bağlı UNİAN-a açıqlama verib.

"Prezident iki tezis intonasiyasını bir-birindən ayırmadı. Birincisi odur ki, bu gün həqiqətən də Buça yaxınlığında yeni kütləvi məzarlıq tapılıb və bu məsələ hazırda araşdırılır. İkincisi isə 900 nəfər həmin ərazidə tapılan meyitlərin təxmini sayıdır".

Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova daha əvvəl bildirib ki, prezident Zelenski Kiyev vilayətində yeni kütləvi məzarlıqdan danışarkən ya ölənlərlə bağlı ümumi statiskaya nəzərə salıb, ya da səhv danışıb.

Xatırladaq ki, prezident Polşa mətbuatına müsahibəsində Kiyev vilayəti yaxınlığında mülki şəxslərin daha bir kütləvi məzarlığının olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026