Ermənistanın eks-prezidenti Robert Koçaryanın məhkəmə prosesi noyabrın 9-na keçirilib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Prosesin təxirə salınmasına səbəb Robert Koçaryanın qohumlarından birinin koronavirusa yoluxmasıdır. Koçaryanın vəkili Ayk Alumyanın COVID-19 virusunun bəzi əlamətlərinin eks-prezidentdə də müşahidə olunduğunu açıqlayıb.
Koçaryan bununla bağlı test verib.
Nuranə Daxilqızı
















