• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusun istənilən ştamı “canlı vaksin”dir, insanı öldürə də bilər - ALİMLƏR

CƏMİYYƏT

18 Yanvar 2022 | 03:31 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun istənilən ştamı “canlı vaksin”dir, insanı öldürə də bilər - ALİMLƏR

Koronavirusn istənilən ştamı, o cümlədən Omikron canlı vaksin rolunu oynaya bilər. Əgər insan xəstələnib sağalırsa, deməli vaksin almış hesab olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qamalei mərkəzinin direktoru Aleksandr Qinçburq bildirib.

“Hazırda dövr edən bütün ştamlar canlı vaksin ola bilər. Əgər insan xəstəliyi ayaqüstü keçirdisə, elə hesab edin ki, peyvənd olundu. Lakin heç kim belə vaksinasiyanın sonunun, nəticəsinin necə olacağını deyə bilməz. Sputniklə vaksin olunmaq daha təhlükəsizdir. Canlı vaksin insanı öldürə də bilər, özünü təhlükəyə atmayın, vaxt var ikən ölü vaksinlə qorunun”

Qeyd edək ki, bütün alimlər Omikronun canlı vaksin rolunu oynayacağını və bununla da pandemiyanın zəifləyib bitəcəyini proqnoz ediblər./medicina.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR