• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Korotçenko: “İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır”

SİYASƏT

15 Aprel 2023 | 22:50 | Müəllif: Subhan Mahmudov

Korotçenko: “İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır”

Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o "Telegram" kanalında paylaşım edib.

"Ermənistan həmişə olduğu kimi öz rolundadır. Azərbaycandan ağır atletlərinin də iştirak etdiyi Avropa çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq fənd edib", - deyə o bildirib.

İqor Korotçenko bildirib ki, İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026