• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Kosovo bizim üçün çox əhəmiyyətlidir" - Albaniya Prezidenti

SİYASƏT

15 Noyabr 2022 | 17:42

"Kosovo bizim üçün çox əhəmiyyətlidir" - Albaniya Prezidenti

“Digər məsələlərə gəldikdə, mən cənab Prezidentə bildirdim ki, Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir”.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

O bildirib ki, parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq qrupları fəaliyyət göstərir: “Bu istiqamətdə atılacaq addımlar çox ola bilər. İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər. Yekun olaraq bildirmək istəyirəm ki, bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026