Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə onlayn xidmət sisteminin çökməsi ilə bağlı məlumat yayılıb. Həm pasiyentlər, həm tibb heyətinin işində çətinlik yarandığı bildirilir.
Məsələ ilə əlaqədar TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, hazırda problemin aradan qaldırılması üçün iş aparılır:
“Böyük dataların mövcud olduğu platformada belə texniki fasilələr, təəssüf ki, bəzən qaçılmaz olur. Hazırda sistem üzərində iş aparılır. Ən qısa zamanda problem aradan qaldırılaraq sistem işə salınacaq”.
















